إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hacı Şahin Həsənli İranda təşkil olunan beynəlxalq konfransa qatılacaq

Ahlibeyt.az xəbər verir ki, noyabr ayının 23-24-ü İran İslam Respublikasının Qum şəhərində "Təkfirçi və ekstremist ideologiyalar alimlərin baxışı ilə" adlı konfrans keçiriləcək. Konfransda dünyanın 83 ölkəsindən 300-ə yaxın şiə və sünni alimlər iştirak edəcək.

Qeyd edək ki,Ayətullah Məkarim Şirazinin şəxsi təşəbbüsü ilə təşkil olunan bu konfransa Azərbaycan tərəfini QMİ-nin Sədri Allahşükür Paşazadə təmsil edəcək.

Əldə etdiyimiz məlumata görə konfransa qatılacaq nümayəndə heyəti tərkibinə ölkənin tanınmış ilahiyyatçı alimi "Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənli də daxil olunmuşdur.

Verilən məlumata görə QMİ nümayəndə heyəti artıq  İrandadır

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2014  14:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!