|
• DünyadaTürkiyədən Suriyaya keçmək istəyərkən saxlanılan azərbaycanlıların adları məlum olubAhlibeyt.az-ın Apa-ya istinadən verdiyiiyi məlumata görə, saxlanılan şəxslər – 1991-ci il təvəllüdlü Paşayeva Simnarə Simral qızı, onun qızı, 2014-cü il təvəllüdlü (10 aylıq) Paşayeva Məryəm Araz qızı, 1996-cı il təvəllüdlü Musayeva Aynur Vahid qızı və 1990-cı il təvəllüdlü Əlimətov Abdul Azad oğludur.
Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən S. Paşayevanın əri Araz hazırda “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşur.
İstanbuldakı baş konsulu Həsən Zeynalov açıqlamasında saxlanılanların yaxın günlərdə Azərbaycana deportasiya olunacaqlarını deyib: “Hazırda həmin şəxslərin izahatı alınır. Bu işlər başa çatandan sonra onların hamısı Azərbaycana deportasiya olunacaq”.
Qeyd edək ki, “İslam Dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.
Məıumata görə, Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd olan Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb. Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-nün azərbaycanlı bir ailənin üzvləri olduqları ortaya çıxıb.
Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2014 14:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |