|
• DünyadaMilli Məclis üzvləri Parisdə dinlərarası anlaşma və milli mədəni müxtəliflik mövzularında konfranslarda iştirak edəcəkNoyabrın 14-də Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçiriləcək.
Ahlibeyt.az-ın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirlərdə Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov iştirak edəcəklər.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin UNESCO ilə birgə təşkil etdiyi bu konfranslarda müxtəlif ölkələrdən olan 150-dən artıq din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertin, ictimaiyyət nümayəndələrinin, beynəlxalq QHT rəhbərlərinin, ölkəmizin Fransadakı səfirliyinin, UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçilərinin iştirakı gözlənilir.
Deputatların səfəri noyabrın 16-da başa çatacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2014 11:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |