إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ramallahda radikal yəhudilər məscidi yandırıblar(foto)

Ramallah şəhərində yəhudilərin "Əl-Muğəyrə" məscidini yandırması İordan çayının qərb sahilində vəziyyəti yenidən gərginləşdirib.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, birinci mərtəbəsi yandırılan məscidin alovunu namaza gələnlər söndürüb. Amma yanğın söndürülənə qədər binaya ciddi ziyan dəyib.

Şəhərinin meri Fərəc əl-Naasan bildirib ki, bu yəhudi sakinlərinin məscidə etdiyi ilk belə hücumu deyil.
“Son günlər Əl-Əqsa məscidi ətrafında baş verənləri nəzərə alsaq demək olar ki, onların müqəddəs yerə qarşı bu hərəkəti sonuncu fakt da deyil. Biz müsəlmanlar həm öz ərazilərimizdə, həm də beynəlxalq səviyyədə çətinliklərlə üzləşirik. Ona görə də insanların öz torpaqlarında yaşamalarına dəstək olmaq üçün bütün müsəlmanlar birləşməliyik”- deyə şəhər meri əlavə edib.

Qərb sahilinin yəhudi icması və İsrail hökuməti hələ ki, baş verənlərlə bağlı susur. Qərb sahilində məscidin yandırılması Qüdsdə əl-Aqsa məscidinə yəhudi əsgərlərin hücumu ilə bağlı İsrail-Fələstin münasibətlərinin gərginləşməsi fonunda baş verib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2014  16:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!