|
• DünyadaStrasburqda məsciddə terror aktı törədilibMəscidin imamı terror aktını son vaxtlar ölkədə etnik qruplara qarşı yayılmaqda olan antisemitizm və rasizm meylləri ilə əlaqələndirib.Almaniyanın Alzas bölgəsinin paytaxtı Strasburq şəhərindəki məsciddə terror aktı törədilib.
Ahlibeyt.az-ın İnteraz-a istinadən verdiyi xəbərə görə, noyabrın 10-da gecə naməlum şəxs məscidi yandırıb.
Alov qısa vaxtda məbədin giriş qapısını, əlavə iki qapısını və binanın fasadını bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasına imkan verməyiblər. Məscidin imamı terror aktını son vaxtlar ölkədə etnik qruplara qarşı yayılmaqda olan antisemitizm və rasizm meylləri ilə əlaqələndirib.
Yerli polis rəsmisi xalqlar arasında nifaq salmağa yönəlmiş bu hadisəni pisləyib və təhlükəsizlik kameralarına düşmüş cinayətkarın tezliklə tapılaraq məhkəmə qarşısına çıxarılacağını vəd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Noyabr, 2014 13:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |