|
• Dünyadaİrandan Ayətullah Nimrlə bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıqİran xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian Səudiyyə Ərəbistanında yaşayan Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir ən-Nimrin edam edilməsinin "pis nəticələr doğuracaq"ı ilə bağlı xəbərdarlıq edib. Ahlibeeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə, H.Əmirabdullahian deyib ki, əgər Əhli-Beyt (ə) alimi Ayətullah Nəmr Baqir ən-Nəmrə edam qərarının çıxarılması ilə bağlı xəbər düzgündürsə, heç şübhəsiz bu dünya müsəlmanlarını narahat edəcək və buna etirazlarını bildirəcəklər. Əmirabdullahian deyib ki, bu kimi hərəkətlər regionda sülh və sabitliyin yaradılması yönündə atılmış bir addım kimi hesab olunmayacaq. Xatırladaq ki, oktyabrın 14-də Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib. Ali-Səud rejimi tərəfindən həbsdə saxlanılan ruhaninin qardaşı Məhəmməd Ən-Nəmr bu faktı təsdiq edib və deyib ki, məhkəmə qərarından apelyasiya şikayəti veriləcək. Ayətullah Şeyx Nəmr Səudiyyə Ərəbistanı şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixində Səud rejimi tərəfindən həbs edilib. Səudiyyə Ərəbistanı rejiminin bu istəyi yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları yayıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2014 17:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |