إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Belhac: İmkan verməyəcəyik ki, yeni qurulacaq hökümətdə İslam təcrid olunsun

İngiltərənin “Guardian” qəzetinə müsahibə verən Tripoli ordusunun komandanı Əbdülhəkim Belhac deyib ki, xalqın Qəzzafi ilə müxalifəti 20 il bundan qabaq başlayıb. Sadəcə bizim o vaxt gücümüz yetərli deyildi. Həm də baxmayaraq ki, biz ölkədə demokratik hökümət qurmaq arzusunda idik Qərb Qəzzafini dəstəklədi.

Bizim dəstəyimiz olmadığı üçün Qəzzafi bizimlə asanlıqla bacara bildi deyən Əbdülhəkim Belhac deyib ki, çoxlarımız onun əlindən vətəndən didərgin düşdük və yaxud şəhid olduq. Mən özüm vətəni tərk etməli oldum.

Sonralar Qəzzafiyə müxalif təşkilat yaratdıqlarını bildirən Belhac deyib ki, Qərb yenə bizi yox Qəzzafini dəstəkləyirdi. 11 sentyabr hadisələrindən sonra baxmayaraq ki, İslam dini terroru pisləyir bizi əl-Qaidə ilə iş birliyində suçlayıb təşkilatımızı terrorçu təşkilat adlandırdılar. Bir müddət sonra Qəzzafinin tapşırığı ilə MKİ məni Tailandda həbs etdi. MKİ ilə bərabər Mİ-6 mənim dindirilməyimdə yaxından iştirak edirdi. Mənə çoxlu işkəncələr verildi. Nəhayət onlar məni Qəzzafiyə təslim etdilər. Və təşkilatımız mənim azad olmağım üçün Qəzzafi ilə danışıqlara getdi. Mənim azad olunmağım və Qəzzafinin ölkədə islahatlar aparacağı şərtilə biz silahları yerə qoyduq.

İllər keçdikcə islahatlardan heç əsər-əlamət görmədiyimiz üçün yenidən aktivləşmək istəyirdik ki. “ərəb baharının” başlanması bizim üçün bir stimul oldu deyən Belhac deyib ki, biz bir daha silahlı müqavimət aparmaq istəmirdik amma Qəzzafi silah və zor gücünə bizi məhv etmək istəyirdi.

İnqilabın ucuz əldə olunmadığını deyən Belhac bildirib ki, təkcə 1996-cı ildə Liviya türmələrinin birində saxlanılan 1200 nəfər müxalifətçi 3 saat ərzində qətlə yetirilmişdir ki, onların istədikləri isə türmədəki vəziyyətlərinin yaxşılaşdırılması idi.

Bizim ən əsas hədəfimiz bir daha ölkədə istər fiziki istərsə də hüquqi şəxs tərəfindən bir daha diktatura rejiminin qurulmamasıdır deyən ordu komandanı inqilabı etməkdə onlara yardım etmiş dövlətlərə və beynəlxalq təşkilatlara minnətdarlıq edib. Xaricin inqilabı etməkdə onlara yardım etməsinə baxmayaraq o deyib ki, Liviyanın gələcək taleyini Liviya xalqı özü seçəcəkdir. Və xarici qüvvələrin Liviyanın daxili işlərinə qarışmasına imkan verməyəcəyik.

Liviyada yeni qurulacaq hökümət barədə danışan Belhac deyib ki, müxtəlif siyasi görüşlü partiyalara şəraitlər yaradılacaqdır ki, öz fikirlərini camaata çatdırsınlar. Və camaat seçim etməkdə azad olacaqlar. Amma bizi bu narahat etmir. Bizi narahat edən odur ki, bəzi qüvvələrin İslamı təcrid etmək istəməlidir ki, biz buna imkan verməyəcəyik. Onlar həmçinin bizim inqilabı qəsb edib inqilabımıza yeni liderlər daxil etmək istəyirlər ki, bütün bunların qarşısı alınacaqdır. 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2011  18:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!