إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Paytaxt Bağdadda və müqəddəs Kazimeyn şəhərində silsilə terror aktları törədilib

İraqın iki imamın-Imam Əliyyən Nəqi(ə) və İmam Həsən Əsəkəri(ə)nin məqbərəsinin yerləşdiyi Kazimeyn şəhərində içərisində mina yerləşdirilmiş avtomaşın terrorçu kamikadze tərəfindən partladııb.

Ahlibeyt.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə Kazimeyn şəhərinin girəcəyində yerləşən buraxılış postu yaxınlığında axşam saatlarında törədilən terror aktı nəticəsində 24 nəfər həlak olduğu, 57 nəfərin yaralandığını bildirilir.

Məlumatlarda bildirilir ki, Bağdadın mərkəzində yerləşən “əl-Bab əl-Muzəm” bölgəsində və cənubdakı əs-Sədiyyə rayonunda da terror aktları törədilib nəticədə 6 nəfər həyatını itirib 20 nəfərə yaxın mülkü şəxs yaralanıb.

Həlak olanlar arasında İraq Parlamentinin üzvü, “Bədr” cinahının qanunverici orqandakı təmsilçilərindən biri Əhməd əl-Xəffaci də olub.

Qeyd edək ki,İraq ordusu tərəfindən ,Tikritin şimalında yerləşən su anbarının ələ keçirilməsinə qarşı olunan planın qarşısı alınıb

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2014  12:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!