|
• DünyadaAyətullah Nuri Həmədani - "İffəti hicab ilə əlaqələndirmək qadınlara ehtiramsızlıqdır"Ayətullan Nuri Həmədani iffət(həya) və hicab mövzularını bir-birindən ayrı dəyərləndirilməli olduğunu vurğulayaraq buyurmuşdur : "İffət mövzusunu hicab və baş örtüyü məsələsindən ayrımaq gərəkdir.Biz baş örtüyündən bəhs edərkən buyururuq - Müsəlman qadınlar öz məhrəmləri qarşısında geyindiyi kimi cəmiyyət və onlara naməhrəm olanlar qarşısına çıxmamalıdırlar." Ahlibeyt.az-ın Shafaqna-ya istinadən verdiyi xəbərə görə"Məscidi Əzəm"də çıxış edən din xadimi iffət və hicabın bir-birindən ayrılıqda dəyərləndirilməsinə toxunaraq qeyd etmişdir ki;"Qəzetlər və mediada iffətdən söz açıldıqda sanki bunun baş örtüyü ilə eyni olduğunu vurğulayırlar,bu olduqca səhv bir yanaşmadır və qadınları aşağılamaqdır. Siz qadınlara desəniz ki,sizin iffətiniz üçün bəzi qayda və qanunlar müəyyən etmişik bu onlara qarşı ehtiramsızlıq olacaq.Çunki iffət yalnız qadın üçün gərəkli bir əxlaqi keyfiyyət deyildir və kişilər də iffətli olmalıdırlar." Ayətullah Həmədani çıxışının davamlnda bildirmişdir ki,"Baş örtüyü(hicab)müsəlman bir qadının cəmiyyətdə riayət etməli olduğu geyim formasıdır.Bir sözlə qadın öz bədənini örtməlidir.Lakin iffət insanın əxlaqı, niyyət və meyilləri ilə əlaqəli bir mövzudur və bu məsələdə qadın və kişi arasında heç bir fərq yoxdur.Qadın da kişi də öz iffətlərini qorumalıdırlar." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2014 16:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |