إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Beynəlxalq Basketbol Federasiyası hicab qadağasını ləğv edib

Beynəlxalq Basketbol Federasiyası (FİBA) hicab qadağasını ləğv edib.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Basketbol Federasiyası (FİBA) dini ayrıseçkiliyi aradan qaldırmaq və sərbəstliyi təmin etmək üçün basketbol oyunçularının dininin tələbləri uyğun olaraq geyinməsinə razılıq verib.

FİBA-dan verilən açıqlamada qadın idmançıların hicab geyinməsinə iki illik yoxlama müddəti qoyulduğu və 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək olimpiya oyunlarından sonra qalıb-qalmayacağı barədə qərara gəlindiyi bildirilib. FİBA saç aksessuarları, bəzək əşyaları taxılmasına icazə vermir.

Qeyd edək ki, müsəlman və SİH (Siqhizm dininə inananlar) basketbol oyunçular çempionatlarda və olimpiadalarda dini ayrıseçkilik səbəbilə iştirak edə bilməkiklərini bildirərək FİBA-ya müraciət ünvanlamışdılar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2014  15:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!