إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq prezidenti -“Tarixin ən təhlükəli terrorçu qruplaşması ilə üzləşmişik”

Parisdə “İraqda təhlükəsizlik və sülh” mövzusunda beynəlxalq konfrans başlayıb.

Ahlibeyt.az-ın beynəlxalq media agentliklərinə istinadən verdiyi xəbərə görə,ümumilikdə 20 ölkənin qatıldığı konfrans zamanı ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, Türkiyə, Hollandiya, İraq, İngiltərə, İspaniya, İtaliya, Kanada, Qətər, Küveyt, Livan, Misir, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Yaponiya, İordaniya, Ərəb Ölkələri Liqası, Avropa İttifaqı və BMT nümayəndələri İŞİD-ə qarşı mübarizə planını müzakirə edəcəklər.


Konfransın açılışında çıxış edən İraq prezidenti Fuad Məsum ölkəsinin tarixin ən qorxunc terrorçu qruplaşması ilə üzləşdiyini bildirib. O qeyd edib ki, İŞİD üzvləri onlar kimi düşünməyən hər kəsə ağır işgəncələr verirlər və qətlə yetirirlər.

“Dünya birliyini İŞİD-in mövqelərinə havadan zərbələr endirməyə çağırırıq”, - deyə o vurğulayıb.


Fransa prezidenti Fransua Olland isə bildirib ki, sammitin başlıca məqsədi İŞİD-lə mübarizədə İraq hökumətinə lazımi dəstək verməkdir: "Vaxt itirmək olmaz, bölgə humanitar yardıma möhtacdır. Qadın və uşaqların daha çox zərər çəkməməsi üçün  dəqiq addımlar atılmalıdır”.


Avropalıların İŞİD-ə qoşulmasına gəldikdə isə Fransa prezidenti gənclərin aldadılaraq bu cür qruplaşmalara qoşulmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. F. Olland həmçinin qeyd edib ki, Suriya müxalifətinə və Liviyaya dəstək veriləcək.


Qeyd edək ki,regionda əhəmiyyətli rola malik olan İranın bu konfransa qatılmaq istəyi və İraq hakimiyyətinin tövsiyyə və müraciətlərinə baxmayaraq bəzi Ərəb ölkələrinin etrazı, ABŞ və Qərb ölkələrinin təzyiqi nəticəsində bunun gerçəkləşməsi baş tutmayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2014  19:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!