|  | 
| • DünyadaTürkiyə müsəlmanlara arxadan xəncər saplayırAyətullahul-Üzma Şeyx Nasir Məkarim Şirazi Türkiyənin öz ərazisində NATO-nun RƏM sistemlərini yerləşdirilməsini tənqid edərək deyib ki, özünü İslamtələb göstərən Türkiyə müsəlmanalra arxadan xəncər vurur. Çünki RƏM sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsi bütün bölgəni təhlükə altında saxlayır və bu əməl İsraili çox xoşhal edib. Türkiyənin İsraillə zərgər incəliyilə "müharibə" etdiyini deyən mərcei-təqlid bildirib ki, gərək bölgədəki və Türkiyədəki müsəlmanlar buna etiraz edib bu xilaf əməli məhkum etsinlər. Türkiyəni Suriya məsələsində də tutduğu mövqeyinə görə qınayan Ayətullah Məkarim Şirazi bunu İsrailə dəstək kimi qiymətləndirib. O deyib ki, Türkiyə Səudiyyə və ABŞ-la əl-ələ verərək Suriyanı məhv etmək istəyir. Və sayları çox az olan dəstələri silahlarla təchiz edən Türkiyə Suriyanı Liviyadakı kimi daxili müharibəyə sürükləyir. Dünya müsəlmanlarını Türkiyənin bu addımlarına görə sükut dayanmasını qınayan mərcei-təqlid deyib ki, Suriyanın İsrailin müqabilində Fələstini və Livanı dəstəkləməkdən başqa görəsən nə "günahı" var ki, müsəlmanlar Türkiyənin bu addımlarına sükutla yanaşırlar? Saytın materiallarından istifadə edərkən istinad vacibdir! 
         28 Sentyabr, 2011  18:51 ⁄ Çap
     Bu bölmədə12 Dekabr, 2023Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir. 8 Dekabr, 2023Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir 27 Noyabr, 2023Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib | 
  Xəbər lenti
  27 Sentyabr, 2025  11:10 9 Sentyabr, 2025  20:00 | 
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |