|
• DünyadaABŞ aviasiyasının "İslam Dövləti" terror qruplaşmasının Suriyadakı mövqelərinə havadan zərbə bu ölkəyə hücum kimi qiymətləndirəcəkRəsmi Moskva ABŞ-ın Dəməşq hakimiyyətinin icazəsi və BMT Təhlükəsizlik Şurasının qərarı olmadan “İslam Dövləti” (İD) terror təşkilatının Suriyadakı mövqelərinə havadan zərbə endirməsini bu ölkəyə hücum kimi qiymətləndirəcəyini açıqlayıb. Ahlibeyt.az-ın rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Rusiya XİN rəsmisinin sözlərinə görə, prezident Barak Obama ABŞ ordusunun İraqda aviazərbələrin hökumətlə razılaşdıralacağı,lakin Suriyada Dəməşq hökumətinin icazəsi olmadan İŞİD-in hədəflərinə qarşı hücum təşkil edəcəyini açıqlayıb: “BMT Təhlükəsizlik Şurasının qərarı olmadan bu istiqamətdə həyata keçiriləcək əməliyyat digər ölkənin ərazisinə hücum etmək və beynəlxalq hüququn ən kobud şəkildə pozulmasıdır”. Qeyd edək ki, Suriya hakimiyyətinin ölkə ərazisində terrorçu qruplara qarşı hər hansı bir kənar qüvvələrin əməliyyat aparmasının yolverilməz olduğunu və bunun Suriyanın suverenliyinə hucum kimi qiymətləndiriləcəyinin ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov da İraq və Suriyada İŞİD-ə qarşı əməliyyat həyata keçirən ABŞ hərbi təyyarələrinin Suriya lideri Bəşər Əsədə məxsus hərbi birlikləri vurmasından narahat olduqlarını bildirib: “Bizim Suriya torpaqlarında əməliyyatların yalnız “İslam Dövləti”nə qarşı keçiriləcəyinə dair şübhələrimiz var. Bəşər Əsədin mövqeyini zəiflətmək üçün hökumət qüvvələri də bombalana bilər”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2014 11:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |