إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD-in mühasirəsində olan İraqın Amirli şəhəri azad edilib

İraqın Səlahəddin əyalətinin 70 gündür, “İslam Dövləti” (İŞİD) terror təşkilatının mühasirəsində qalan Amirli şəhərinin mühasirəsi yarılıb.

 

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə "əl-Məyadin"agentiyi məlumat yayımlayaraq sözügedən şəhərə tətbiq edilən mühasirə İraq ordusunun cənubdan, kürdlərin “Peşmərgə” qüvvələrinin şimaldan həyata keçirdikləri hücumlar və ABŞ təyyarələrinin səmadan endirdiyi zərbələrdən sonra yarılıb.

Bildirək ki, Amirli şəhərində əsasən türkmənlər, şiələr və xristianlar məskunlaşır. Şəhərin mühasirəsinin yarılmasından sonra əhalinin təxliyyəsi və yardımların çatdırılması işlərinə başlanılıb.

Məlumata əsasən, şəhəri mühasirəyə alan “İslam Dövləti”nin bölgədəki mövqelərinə ağır zərblər endirilib və onlar böyük itkilər verərək Neynəva əyaləti istiqamətində qaçmağa başlayıblar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2014  13:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!