|
Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində Sumqayıtda keçirilən seminar treninqdə dini icma rəhbərləri və ziyalılar iştirak ediblərDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə keçirilən “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı silsilə seminar-treninqlər davam edir. Seminarlarlar Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə həyata keçirilir. Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində Sumqayıtda keçirilən növbəti seminar treninqdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və ziyalılar iştirak ediblər. Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru Elmin Əliyev Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda danışaraq bildirmişdir ki, qeyd olunan mövzularda müzakirələrin aparıldığı seminar-treninqlərə Dövlət Komitəsi tərəfindən dəstək verilməsi bu sahəyə olan diqqətin nümunəsidir. Qeyri-ənənvi, radikal cərəyanların zərərli təsirləri, onlara qarşı mübarizə metodlarından danışan DQİDK-nın şöbə müdiri Niyaz Yaqublu bildirib ki, son vaxtlarda xüsusilə yaxın şərqdə baş verən proseslərin fonunda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub. Lakin Dövlət Komitəsinin istər maarifləndirmə sahəsində, istərsə də güc strukturları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu cəhdlərin qarşısı yerindəcə alınıb. Bu tədbirlərin davam etdiriləcəyini diqqətə çatdıran DQİDK nümayəndəsi onu da əlavə edib ki, ölkəmizdəki tolerant mühitə zərbə vurmağa cəhd edən istənilən qrup və ya şəxslərə qarşı qəti və konkret addımlar atılacaqdır. Digər çıxışlarda düzgün dini maarifləndirmənin gücləndirilməsi, dini icmaların bu istiqamətdə birgə səylərini artırması xüsusilə qeyd olunub. Vurğulanıb ki, dünyaya örnək olan biləcək Azərbaycanın tolerantlıq modeli təbliğ edilməli və bu istiqamətdə tədbirlər gücəndirilməlidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2014 12:11 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |