|
• DünyadaABŞ təkfirçi terrorçuların mövqelərinə zərbələr endirir - "İslam dövləti"qruplaşmasına qarşı beynəlxalq koalisiya yaradırABŞ “İslam dövləti”nə qarşı beynəlxalq koalisiyanın yaradılması planı üzərində işləyir. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə ABŞ Dövlət departamentinin saytı məlumat verərək bunu jurnalistlərə açıqlamasında qurumun sözçüsü Cen Psaki-nin dediyini yayamlayıb. Onun sözlərinə görə, rəsmi Vaşinqton koalisiyanı Avropa ölkələri, ərəb dünyası və “İslam dövləti”nə qarşı mübarizəyə qoşulmağa hazır olan ölkələrlə birlikdə yaradacaq. “Həm humanitar, həm hərbi, həm də diplomatik sahədə səylər göstərmək lazımdır. Bu səylər yalnız təkcə ABŞ-dan yox, digər ölkələrdən də gəlməlidir. Artıq bu istiqamətdə Avstraliya, Kanada, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrdən dəstək almışıq”, – deyə C.Psaki əlavə edib. Bu arada ABŞ “İslam dövləti”nin mövqelərinə növbəti zərbə endirib. İTAR-TASS agentlyinin verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib. Hava zərbələri nəticəsində terrorçuların zirehli texnikası, silah-sursat daşıyan yük maşınları və blok-postu məhv edilib. Hava hücumu strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında olub. Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən “İslam dövləti” qruplaşmasının mövqelərinə 106 zərbə endirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2014 12:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |