|
• DünyadaBu gün Beynəlxalq Məscid GünüdürBu gün Beynəlxalq Məscid Günüdür. İslam Konfransı Təşkilatı (İKT) tərəfindən avqustun 21-i həm fələstinlilərlə həmrəylik, həm də Beynəlxalq Məscid Günü kimi elan edilib. Ahlibeyt.az-ın Salamnews-a istınadən verdiyi xəbərə görə bu qərar “əl-Əqsa” məscidinin 1969-cu il avqustun 21-də yandırılmasının ildönümünün qeyd olunması məqsədilə qəbul edilib. Məlumat üçün bildirək ki, həmin vaxt tarixi binanın “Hərəm əl-Şərif” adlandırılan cənub-şərq hissəsi yanaraq məhv olub. Yanğın nəticəsində məsciddə yerləşən 1000 illik tarixə malik, taxtadan və fil dişindən hazırlanmış qiymətli minbər yanaraq yararsız vəziyyətə düşüb. Həmin tarixi əhəmiyyətli minbər böyük müsəlman hökmdarı olan Səlahəddin əl-Əyyubi tərəfindən Hələbdən Qüds məscidinə hədiyyə olunubmuş. Hadisədən sonra 24 müsəlman ölkəsi BMT Təhlükəsizlik Şurasına şikayət ünvanlayıb. Əksəriyyət bu cinayətdə İsrail rejimini təqsirli bilsə də, sonradan qeyri-yəhudi əsilli, Avstraliya vətəndaşı olan bir şəxs şübhəli qismində həbs edilib. Yanğını törətməkdə təqsirli bilinən Denis Maykl Rohan məhkəmə zalında özünü “Allahın nümayəndəsi” elan edərək, “əl-Əqsa” məscidini tamamilə yandırıb məhv etmək məqsədi güddüyünü etiraf edib. Radikal düşüncəli şəxs, guya, müsəlman məbədini sökərək əvəzində yəhudilərə məxsus məqbərə ucaltmaq istədiyini bəyan edib. Həmin şəxs sonradan ruhi xəstəxanaya köçürülərək İsraildən Avstraliyaya ekstradisiya edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2014 19:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |