إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Təkfirçi terror qruplaşması "İŞİD"-ın tökdüyü qanlar minlərlə, gəlirləri milyonlarla ölçülür

"İraq və Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ələ keçirdiyi neft yataqlarından hər gün orta hesabla 3 mln dollar gəlir əldə edir.

Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABC News telekanalına müsahibəsində Dubayda fəaliyyət göstərən INIGMA analitik mərkəzinin tədqiqat layihələrinin rəhbəri, enerji məsələləri üzrə tanınmış ekspert Robin Mils bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl yayılan açıqlamada bildirilmişdi ki, “İslam Dövləti” qruplaşması neftin satışından hər gün 1 mln gəlir əldə edir. R.Milsin sözlərinə görə, bu məbləğə yalnız İraq ərazisindəki neft yataqlarından əldə olunan gəlirlər daxildir.

“Qeyd olunan məbləğə “İslam Dövləti”nin Suriya ərazisindəki neft yataqlarından əldə etdiyi gəlirləri də əlavə edildikdə, terror qruplaşmasının gündəlik ümumi gəlirləri 3 mln dollar təşkil edir”, deyə ekspert vurğulayıb.

Verilən digər məlumatlara görə “İŞİD”in  İraqın Zumar yaşayış məntəqəsində daha 2 neft yatağını ələ keçirib.

Bu barədə İraq Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, bu rayonda sutkada 20 min barelədək neft hasil olunur. Silahlılar həmçinin Mosul şəhərinin şimalında yerləşən bir neçə iri infrastruktur obyektləri ələ keçirməyə cəhd edib. Qızğın döyüşlər nəticəsində 100-dən çox terrorçu öldürülüb, 38-i saxlanılıb. Kürd özünümüdafiə dəstələrinin itkiləri 16 nəfər təşkil edib.

Bundan başqa, döyüşlərdə 30 polis, 11 hərbçi və könüllülərdən ibarət “Əsaib Əhl əl-Haq” dəstəsinin 12 üzvü həlak olub.

Qeyd edək ki,qruplaşma ələ keçirdiyi neft əsasən Türkiyə üzərindən satılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2014  11:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!