|
Azərbaycan ordusu düşmənə layıqli cavab verirCəbhədə bu gecəki vəziyyətlə bağlı Müdafiə Nazirliyi bu səhər rəsmi açıqlama yayıb. Məlumatda bildirilir ki, Ermənistan kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır. Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənov şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır. Mudafiə Nazirliyi Ermənistan tərəfinin itki verməsi barədə məlumatı da açıqlayıb. Nazirliyin baş qərargahından ANS-ə verilən eksklüziv məlumata görə, bu gecə baş verən döyüşdə Ermənistan silahlı qüvvələrinin 20-yə yaxın hərbçisi öldürülüb, onların arasında Ermənistan xüsusi təyinatlıları da olub. Ermənistan tərəfi son iki gündəki itkilərinin real həcmini gizlədir! Son məlumatlara görə Azərbaycanın döyüş təyyarələri cəbhə xətti üzərində uçuşlara başlayıb. Döyüş təyyarələri bu gün Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı APA-ya açıqlamasında Azərbaycan HHQ-nin döyüş təyyarələrinin uçuşlarının planlı şəkildə həyata keçirildiyini bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2014 13:13 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |