إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD xristianlara şərt qoydu- "Ya İŞİD-ı qəbul edin, ya da bizimlə düşmənə qarşı döyüşün"

"Ya İŞİD-ı qəbul edin, ya da bizimlə düşmənə qarşı döyüşün"

İraq Şam İslam Dövləti (IŞİD) terrorçu qruplaşmanın liderliyindəki silahlı qruplar xristianların Mosulu tərk etməsi üçün vaxt qoyub.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, İŞİD dünən bəyanat yayaraq Mosuldakı xristian cəmiyyətinə xəbərdarlıq edib. "Ramazanın 21-ci günü (bu gün) Mosulu tərk edin ya da bizə bağlılığınızı göstərin".

Xristianların Mosulda qalması üçün bəzi şərtləri yerinə yetirmələrini istəyən İŞİD-ın istəkləri insanları heyrətləndirib: "Ya müsəlman olun, İŞİD-i qəbul edin və verginizi ödəyin, ya da bizimlə düşmənə qarşı döyüşün".

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Jen Psaki İŞİd-ın bəyanatının ardınca açıqlama ilə çıxış edib:

Psaki açıqlamasında İŞİD-in yalnız İraqın sabitliyinə deyil, bütün bölgəyə təhdid yaratdığını vurğulayaraq, "bu artan təhdid müxtəlim millətlərə və tərqiətlərə mənsub iraqlıların ortaq düşmənə qarşı mübarizə aparmaq üçün birlikdə çalışması və bu terror qruplarını əhalidən uzaqlaşdırmaq üçün mümkün olan hər addımı atması ehtiyacını göstərir", - deyir.

Qeyd edək ki, Mosuldakı xristian əhalisinin 3-5 min arasında olduğu təxmin edilir. İŞİD-in şəhəri ələ keçərməsindən sonra bir çox xristian Mosulu tərk edərək Ərbilə sığınıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2014  19:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!