إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Belçikalı qadın min nəfərin hidayətinə vəsilə oldu(foto)

Belçikada öz yaxınlarından başlayaraq ətrafındakı insanlara İslamı anladan 25 yaşlı Veronika Cools 8 il ərzində min nəfər insanın hidayətinə vəsilə oldu.

Ahlibeyt.az-ın Dunyabuleteni-nə istinadən verdiyi xəbərə görə Cools qurduğu "Yeni Müsəlmanlar Qardaşları" dərnəyinə 50 minə yaxın üzv toplamışdır və onun bütün ailəsi müsəlman olmuşdur.

Oxuduğu təhsil ocağında müsəlman tələbələr vastəsilə islamla tanış olan və araşdırmaları nəticəsində İslam dinini qəbul edib müsəlman olan Veronika Cools daha sonra insanların İslamla tanış olaraq bu dini seçməsinə  vəsilə olmuşdur.

Ailəsi ilə bərabər"Yeni Müsəlman Qardaşlar"adlı ictimai bir təşkilat quraraq Belçikalıları İslamla tanış edən və onlara dini tədris edən Cools bütün ailəsini də İslamla tanış etmişdir.

Gənc qadının ailəsi evlərinin bir hissəsini də Belçikalı Müsəlmanların tədrisi və xeyriyyəçilik və digər fəaliyyətləri üçün toplana biləcək bir mərkəzə çevirmişdir.

Qurduğu "Yeni Müsəlman Qardaşları"dərnəyinin köməkliyi ilə dini maarifləndirmə ilə məşqul olan Veronika Cools bildirir ki-"Səbr və qərarlıqla İslamı anladaraq xürafi düşüncələri yixdım".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2014  20:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!