|
Ramazan ayında sağlam qıdalanma-Mütəxəssis məsləhəti Bu il Ramazan ayının isti yay günlərinə düşməsinə görə mütəxəssislər oruc tutanlara Ramazanı problemsiz keçirmələri üçün məsləhətlər veriblər. Mütləq 3 dəfəlik qida norması həyata keçirilməlidir. Bunlar 2 böyük və 1 kiçik paya ayrılmalıdır. Bəziləri Ramazanda imsak yeməyini ümumiyyətlə yemirlər. Obaşdanlığın edilməməsi isə az qidalanmaya görə orqanizmin müqavimətinin azalmasına, metabolizmanın (maddələr mübadiləsinin, həzmin) yavaşlaması üzündən çəkinin artmasına səbəb ola bilər. İmsak süfrənizdə insanı daha uzun zaman tox saxladığı üçün protein tərkibi yüksək yumurta və pendir mütləq olmalıdır. Pomidor və göy-göyərti də süfrədə yer almalıdır. Orucu su, xurma, zeytun və şorbayla açmaq, yarım saat sonra əsas yeməyə geçmək daha düzgündür. Qısa fasilə vermək qan şəkərini yüksəldib, toxluq yaradır. Lakin yeməkdən dərhal sonra yox.Yeməkdən 1-2 saat sonra meyvə və ya şirin çörək yeyin. İftarda və ya imsakda çox yağlı, çox duzlu qidalardan çəkinin. Çünki bu qidalar gün ərzində daha çox susamanıza və su qəbul etmədiyiniz üçün də yüksək təzyiqə, şiş kimi problemlərə səbəb olur. Bunların əvəzinə mədə-bağırsaq sistemində uzun müddət qala bilən və həzmi rahat olan lifli səbzələr, o cümlədən pomidor, xurma və ya təzə meyvələr yeyin. İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Səhhətiniz üçün uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələrlə yavaş-yavaş və uzun müddətə yeyin. Ətləri sobada və ya gözdə tam bişirin. Bu şəkildə bişirilən ət daha yaxşı həzm olunur. Ətli səbzə yeməklərini bişirərkən də yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin. Yay aylarında tərləmə maye itkisini yüksəldir. Sudan əlavə evdə hazırlanmış az şəkərli limonad, ayran, meyvənin öz şəkəriylə bişirilmiş kompot daha önəmlidir. İftardan imsaka qədər ən azı 12-15 stəkan su için. Çay və qəhvə kimi mayelərdən çəkinin. İftardan 1,5-2 saat sonra sakit templə gəzməyiniz həzmə yardımçı olar. Eyni zamanda, bu addım zəifləyən metabolizmanızı də sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq. Mənbə Maidə.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2014 15:18 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |