إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş tədbirlərə yekun vurulub

Azərbaycanın böyük sufi mütəfəkkiri Seyid Yəhya Bakuvi Şirvaninin vəfatının 550-ci ildönümü ilə bağlı təşkil olunan tədbirlərin yekunu ilə bağlı mərasim keçirilib.

 

Ahlibeyt.az-n Salamnews-istinadən verdiyi xəbərə görə xəbər verir ki, ötən il UNESCO tərəfindən böyük mütəfəklirə həs olunmuş tədbirlərin yekunu olaraq bu gün Bakıda keçirilən mərasimdə Azərbaycanda və bir neçə xarici öllədə dövlət, ictimai və təhsil qurumları tərəfindən keçirilən çoxsaylı mədəni-maarifləndirici tədbirlərlə bağlı məlumat verilib.

Professor Qafar Cəbiyev bu tədbirlərə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Dinu Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avrasiya Beynəlxalq Araşdırmalar Birliyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və digər təşkilatların dəstək verdiyini deyib.

Onun sözlərinə görə, Türkiyədən bu tədbirlərə Təhsil Nazirliyi, Qafqaz Universitetlər Birliyi, Əskişəhər valiliyi, Əskişəhər Kültür Başkənti Agentliyi və digər qurumlar qoşulub. Ən böyük dəstəyi isə Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən göstərilib.

“Seyid Yəhya ili çərçivəsində qeyd edilən mərasimlərdə mütəfəkkirin həyatı, fəaliyyəti və təsirlərindən bəhs edən “Seyid Yəhya Bakuvi”, Anadoludakı izlərini araşdıran “Yəhya Şirvanidən Şabani-Valiyə Xəlvətiyyə Sufiliyi”, Azərbaycanın sufi pirləri haqqında “Qırxlar” və digər əsərlər çap edilib. Mütəfəkkirin xatirəsinə həsr edilmiş ən böyük xidməd isə onun əvvəllər yayımlanmış yeganə türkcə əsəri olan “Şəfaül-əsrar”ın təkrar nəşrindən sonra farsca və ərəbcə 17 nəzm və nəsr əsərinin tərcümə olunaraq yenidən nəşr olunması olub. Bu əsərlər Seyid Yəhya irsi Azərbaycann və dünya elminə böyük nailiyyət qazandırıb.”

Digər natiqlər Seyud Yəhya irsinin qorunub saxlanılmasının əhəmiyyətindən danışıblar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyun, 2014  19:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!