إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistaninin ofisindən Rəcəb Təyyub Ərdoğanın yaydığı açıqlama təkzib olundu

Ayətullah Seyyid Əli Sistaninin Nəcəfi-Əşrəf ofisindən yayımlanan açıqlamada Türkiyənin  Baş Naziri Rəcəb Təyyub Ərdoğanın-Ayətullah Sistani İraq Baş Naziri Nuri Əl-Maliki tutduğu vəzifəsindən istefa verməlidir sözlərini təkzib etdi.

Ahlibeyt.az-ın İraq mediasına istinadən əldə etdiyi məlumata görə İraq Parlamenti üzvlərindən Abdul Hadi Əl-Həkim Ayətullah Sistaninin ofisindən yayımlanan xəbərə istinad edərək R.T.Ərdoğanın Ayətullah Sistaninin  Nuri Əl-Malikinin yenidən iqtidara gəlməsindən narahat olmuşdur sözlərini təkzib etmişdir.

Millət vəkili qeyd etmişdir ki,Ayətullah Sistani Türkiyə Xarici İşlər Naziri Əhməd Davutoğlu ilə görüşündə Dəclə və Fərat çayları sularının istifadəsində İraq dövlətinin maraqlarının nəzərə alınması məsələsinə toxunmuşdur və bölgədəki problemlərin diplomatik yollarla aradan qaldırılmasını müzakirə etmişdir.

Əl-Həkim açıqlamasında bildirmişdir ki, Türkiyə Baş Nazirinn gündəmə gətirdiyi məsələlərin heç biri Ayətullah Sistani ilə Əhməd Davitoğlu arasında müzakirə obyekti olmamışdır.

Qeyd edək ki,Türkiyə Baş Naziri R.T Ərdoğan son açıqlamalarının birində bildirmişdir ki, Ayətullah Sistanin Ə.Davutoğluna İraq Baş Naziri Nuri Əl-Malikinin hakimiyyətdən uzaqlaşdırılması lazımdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2014  21:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!