إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Barselonadakı keçmiş korrida arenası Avropanın ən böyük məscidinə çevrilə bilər

İspaniyanın ikinci böyük şəhəri olan Barselonada yerləşən məhşur La Monumental korrida arenası (öküz döyüşləri üçün istifadə olunub) Avropanın ən böyük məscidi ola bilər.

Ahlibeyt.az-ın  Delfi agentliyinə istinadən verdiyi xəbərə görə, Qətər əmiri bu layihəyə 2,2 mlrd. dollar yatırmaq istəyir. 2020-ci ildə tamamlanması planlaşdırılan məscidin ümumi tutumu 40 min nəfəri əhatə edəcəyi nəzərdə tutulub. Layihəyə əsasən məscid üçün 300 metr hündürlüyündə minarə ucaldılacaq. O, Məkkə və Mədinədən sonra dünyada hündürlüyünə görə üçüncü minarə olacaqdır.Məscid kompleksinə həmçinin konfrans zalı,Quran araşdırma mərkəzi,300 nəfərlik hotel,İslam mədəniyyəti və tarixi muzeyi daxil olunacaq.

Bu arenenanın hazırkı sahibi  Balaa Group şirkəti binanın satışına artıq razılıq verib. Lakin layihənin həyata keçirilməsi üçün yerli bələdiyyədən icazə alınması lazım gələcək.

Qeyd edək ki, Barselonada 500 minə yaxın müsəlman yaşayır.Kataloniyada öküzlərin döyüşünə qadağa qoyulduqdan sonra 1914 cü ildən fəaliyyət göstərən La Monumental arenası 2010 cu ildə fəaliyyətini dayandırmışdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2014  19:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!