|
• DünyadaMoskvada ardıcıl olaraq doqquzuncu dəfə «Ramazan çadırı» açılacaqMüqəddəs Ramazan ayının gəlməsi münasibətilə iyunun 30-da Moskva vaxtilə saat 21:00-da Rusiya paytaxtındakı “Poklonnaya qora” ərazisindəki Memorial məscidin qarşısında ziyarətçilərin müsəlmanların qonaqpərvərliyindən həzz alacaqları və onların çoxəsrlik mədəniyyəti və adət-ənənələrinin zənginliyi ilə tanış ola biləcəkləri «Ramazan çadırı"nın açılış mərasimi baş tutacaq.
Ahlibeyt.az-ın Salamnew-a istinadən verdiyi xəbərə görə bu barədə Rusiya Müftilər Şurasının (RMŞ) mətbuat xidmətindən məlumat verilib. Tədbirin təşkilatçıları Moskva hökumətinin dəstəyi ilə RMŞ və Moskva Müsəlmanlarının Ruhani İdarəsidir. Açılış mərasimində salamlama sözləri ilə RMŞ sədri, müfti şeyx Ravil Qaynutdin, Moskva hökumətinin nümayəndələri, Rusiya ənənəvi konfessiyalarının rəhbərləri çıxış edəcəklər. Tədbirdə Ramazan haqqında musiqi nömrələri, müsəlman orucu barədə videoçarx təqdimatı planlaşdırılıb. Mərasimdən əvvəl müfti şeyx Ravil Qaynutdinin mətbuat konfransı baş tutacaq. Dəvət edilən qonaqlar arasında Rusiya Federasiya Şurası və Dövlət Dumasının üzvləri, müsəlman dövlətlərinin səfirləri, milli respublikaların səlahiyyətli nümayəndələri, elm və mədəniyyət xadimləri və siyasətçilər yer alır. Bildirək ki, «Ramazan çadırı» unikal mədəni-maarifləndirici və xeyriyyə layihəsidir. «Çadır»ın qapıları iyulun 1-dən 27-dək milliyyətindən və dinindən asılı olmayaraq, hər kəs üçün açıq olacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2014 12:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |