إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamneyi İraqdakı vəziyyətə görə ABŞ-ı ittiham etdi

Ayətullah Xamneyi- ABŞ İraqda xalqın iştirakı ilə keçirilən seçkilərdə onun güvəndiyi bir şəxsin  hökumət başına gəlməsindən narahat olaraq bu dövləti imperialist quruluşun suverenliyinə daxil olan və öz əmrini dinləyən bir ölkə olmasını istəyir”.

Ahlibeyt.az-ın  Apa agentliyinə istinadən verdiyi məlumata görə,İranın Ali dini Lideri Ayətullah Seyyid Əli Xamneyi bildirib ki, İraqdakı fitnənin və alovların yüksəlməsinin pərdə arxasında ABŞ başqa olmaqla imperialist qüvvələr dayanır:

 

“Qərbin islami quruluşla ciddi düşmənçiliyi və müxalifəti var. Onların düşməncə mövqeyini görməzlikdən gələnlər düşmənə qarşı gözlərini bağlayan şəxslərlə eynidir. İran Qərblə yeni dialoq başlatmasına baxmayaraq imperialist qüvvələrin islam respublikası ilə düşmən olduğunu nəzərə almaq lazımdır.

 

Ayətullah Xamneyi vurğulayıb ki, ABŞ rəhbərliyi başda olmaqla Qərbli imperialist ölkələr İraq mövzusunda bir qrupun cəhalətindən faydalanaraq sui-istifadə edirlər. İraqı ABŞ-ın müdaxiləsi olmadan mənbəyi xalq olan demokratiyadan məhrum etmək istəyirlər. ABŞ İraqda xalqın iştirakı ilə keçirilən seçkilərdə onun güvəndiyi bir şəxsin hökumət başına gəlməsindən narahat olaraq bu dövləti imperialist quruluşun suverenliyinə daxil olan və öz əmrini dinləyən bir ölkə olmasını istəyir”.

 

Ali dini lider ABŞ-ın İraqda məzhəb qarşıdurması baş verməsi istiqamətində təbliğatına da toxunub: “İmperialist quruluş Səddam Hüseynin BƏƏS rejiminin ünsürlərini və radikal təkfirçi ünsürləri istifadə etməklə İraqın sabitliyini, dincliyini və ərazi bütövlüyünü hədəf alıb. İraqdakı əsl fitnə ünsürləri onun müstəqilliyinə inanan mömin sünni qruplarla yanaşı, şiələrə də eyni düşmənçiliyi göstərir. Əslində ABŞ İraqı öz qərargahına çevirmək istəyir. Ancaq İraq dövləti, xalqı və dini mərcələri bu ölkədə alovlanan atəşi söndürməyə qadirdirlər. Ona görə də İran ABŞ-ın İraqın daxili işlərinə müdaxiləsinin tamamilə əleyhinədir”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2014  15:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!