إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Malayziyada xristian KİV-in “Allah” sözündən istifadəsinə qadağa qoyulub

Malayziyanın Ali Məhkəmə instansiyası olan Federal Məhkəməsi katolik qəzeti olan “Herald”a məqalələrində “Allah” sözündən istifadə etməyə qoyulmuş qadağanı qüvvədə saxlamaqla illərdir, davam edən prosesə son qoyub.

Bu barədə Ahlibeyt.az  SalamNews agentliyinə istinadla xəbər verir.

Malayziyada katolik KİV tərəfindən “Allah” sözünün istifadə edilməsi ilə bağlı mübahisə bir neçə il bundan əvvəl başlayıb. Ölkə Ali Məhkəməsi 2009-cu ildə bundan əvvəl hökumət tərəfindən xristian KİV-ə “Yaradan” mənasını ifadə etmək üçün “Allah” sözündən istifadə etməyə qoyulmuş qadağanı ləğv edib.

Bu qadağa İncilin malay dilinə tərcüməsinə də tətbiq edilib. Belə ki, bu dildə “Yaradan” sözünü ifadə etmək üçün başqa uyğun söz yoxdur.

Xatırladaq ki, Malayziya Daxili İşlər Nazirliyi 2010-cu ildə Ali Məhkəmənin müvafiq qərarı barədə şikayət edib.

Ötən ilin oktyabr ayında isə ölkənin Apelyasiya Məhkəməsi "“Allah” sözündən istifadənin xristian dininin ayrılmaz hissəsi olmadığını” qeyd edərək Ali Məhkəmənin qərarını ləğv edib. Məhkəmə bu sözün xristian qəzetləri tərəfindən istifadəsinin cəmiyyətdə ziddiyyətə səbəb ola biləcəyini hesab edib.

“Herald” qəzeti Apelyasiya Məhkəməsinin qərarı barədə şikayətlə Federal Məhkəməyə müraciət edib. Lakin bu, gözlənilən nəticəni verməyib. Belə ki, yeddi nəfərdən ibarət olan məhkəmə kollegiyası aşağı instansiyanın qərarını qüvvədə saxlamaq qərarına gəlib.

“Apelyasiya Məhkəməsi müvafiq yoxlama aparıb, bizim işə qarışmağımız mümkünsüzdür. Buna görə də şikayətdən imtina edilib.”, - məhkəmə sədri Arifin Zəkəriyə bildirir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2014  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!