إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya Pezidenti İraq Baş nazirinə ölkəsinin dəstəyini bildirib

Rusiya prezidenti Vladimir Putin ilə İraq Baş naziri Nuri Əl-Maliki arasında telefon danışığı baş tutub.

ahlibeyt.az-ın Rüsiya rəsmi orqanlarının yaydığı məlumata istinadən verdiyi xəbərə görə Prezident V.Putin İraq hakimiyyətinin ölkənin terrorçulardan təmizlənməsi və əmin-amanlıq yaradılması üçün aparılan səylərin ölkəsinin tam dəstəkləmisini bildirmişdir.

İraqın Baş Naziri Nuri Əl-Maliki ölkədə baş verən hərbi-siyasi gərginliyin artması və hakimiyyətin şimal əyalətlərdə aktivləşən terror qruplarına qarşı atdığı addımlar barədə məlumatlandırmışdır.O qeyd etmişdir ki,artıq Suriya ərazisindəki hərbi əməliyyatlar sərhədləri aşaraq bütün regiona təhlükə yaratmağa başlayıb.

Qeyd edək ki, rəsmi Kremlin xarici siyasət işləri üzrə müşaviri Yuri Uşakov Putinlə ABŞ prezidenti Barak Obama arasında yaxın günlərdə İraqda baş verənlərlə bağlı müzakirə olunacağını bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyun, 2014  13:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!