|
QMİ-dən açıqlama-Hazırda Ramazan ayının başlama tarixi dəqiq bilinmirQafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fitva verəcək. Ahlibeyt.az-ın azvision.az-a istinadən verdiyi xəbərə görə bunu QMİ-nin sədr müavini Hacı Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, hazırda Ramazan ayının başlama tarixi dəqiq bilinmir. “Ay nə vaxt görünsə, onda dəqiq vaxt bəlli olur. Bizim hazırladığımız təqvimdə təqribi məlumat var, amma fitva hələ verilməyib. Ay görünüb dəqiq vaxt bəlli olduqdan sonra fitva veriləcək”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından isə bildirilib ki, yeni Ay iyunun 27-si saat 13:11-də görünəcək. Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin ötən il dekabrın 17-də verdiyi qərarla bu il iyulun 28-29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2014 13:41 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |