|
• Dünyadaİsrail Misir ilə sülhü qorumaq üçün Quranı nizəyə taxıbSionist rejiminin xarici işlər nazirliyi "Facebook" sosial şəbəkəsindəki səhifəsində Misir hökümətinə Qurani-Kərimdən ayə gətirərək iki dovlət arasında imzalanmış sülh sazişinə əməl etməyə çağırıb. Misirin baş naziri İsam Şərəfin sionist rejimlə aralarında olan Kemp-Devid sülh müqaviləsinin müqəddəs olmadığını və müzakirə üçün açıq olduğunu deməsindən sonra sionist rejimin xarici işlər nazirliyi Maidə surəsinin ilk ayəsindən "Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin" sitatını gətirməklə Misir hökümətini sionistlərlə aralarında olan sazişə sadiq qalmağa çağırıb. Misir xarici işlər nazirliyinin rəsmi sözçüsü buna cavab olaraq deyib ki, Allah onların(israillilərin) imanını artırsın amma İsrail bilməlidir ki, 1996-cı ildə hökümətlərarası hüquq haqqında qəbul olunmuş Vyana konvensiyasına əsasən, əgər bir dövlət digər dövlət arasında olan sazişi pozursa, o biri dövlət həmin sazişdən imtina edə bilər. Xarici işlər nazirliyinin sözçüsü həmçinin inqilabın Misirin siyasətinə bəzi dəyişikliklərə səbəb olduğunu da qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2011 05:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |