|
• Dünyadaİndoneziyada Həcc vəsaitlərini mənimsəyən Din naziri istefa verdiDini Komitənin sədri istefa verdiİndoneziya Dini Nazirliki ölkə prezidenti ilə görüşündən sonra o, tutduğu vəzifəsindən istefa verərək işdən azad olunub2014-cü ildə İndoneziya dövlətnin Həc mərasiminə dair ayırdığı büdcəni mənimsəməkdə ittiham olunan Dini Nazirlikin sədri tutduğu vəzifəsindən istefa verərək kənarlaşıb. İndoneziyanın Korrupsiyaya qarşı dövlət komitəsi ötən həftə apardığı araşdırmalar nəticəsində Surya Darma Əlini Dövlət Həcc İdarəsinin büdcəsini qeyriqanuni yollarla mənimsəməkdə şübhəli bilərək barəsində istintaq işinin aparılmasını tələb edib. Ahlibeyt.az-ın Abna-ya istinadən verdiyi xəbərə görə İndoneziyanın Korrupsiyaya qarşı dövlət komitəsi araşdırmanın nəticəsini elan edərək bildirib: “Dövlət Həcc İdarəsində araşdırmalar aprdığımız zaman 20 milyon dolların şübhəli formada bir hesabdan digər hesaba köçürülməsinin şahidi olmuşuq.” Məlumata görə, bu xəbərin xalq arasında yayılması böyük əks səda doğurub və İslam ölkələri arasında ən sıx cəmiyyətə malik olan ölkə əhalisinin qəzəbinə səbəb olub. İndoneziya Dini Nazirlikin sədri, ölkə prezidentinə ən yaxın olan şəxslərədn ilk nəfəridir ki, onun barəsində qeyriqanuni yeyinti iddiası ilə iş açılıb. Suryadharma Əli ötən həftənin şənbə günü verdiyi müsahibəsində bildirmişdir ki, ona qarşı qaldırılmış iddialar onun tutduğu vəzifəsindən uzaqlaşdırılmasına səbəb ola bilməyəcək. Amma ölkə prezidenti ilə görüşündən sonra o, tutduğu vəzifəsindən istefa verərək işdən azad olunub. Qeyd edək ki,analoji ittihamla 2006-cı ildə İndoneziyanın keçmiş Dini İşlər Üzrə naziri Səid Aqil Husin əl-Munəvvər 70 milyon dollar Həcc vəsaitinin mənimsənilməsində ittiham olunaraq vəzifəsindən kənarlaşdırılmış və barəsində cinayət işi qaldırılmışdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 May, 2014 21:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |