إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək niyyətindədir

2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının təşkilinə Bakının namizədliyi irəli sürüləcək. Bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Ölkələri İdman Həmrəylik Təşkilatının vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

“2013-cü ildə İslam Həmrəylik Oyunları İndoneziyanın paytaxtı Cakartada keçiriləcək. Biz çalışacağıq ki, növbəti yarışların birini Bakıda keçirək”, – Hüseynzadə deyib.

İslam Həmrəylik Oyunları dörd ildən bir keçirilir. İlk belə yarışlar 2005-ci il aprelin 9-dan 19-na kimi Səudiyyə Ərəbistanında keçirilib.

MOK-un vitse-prezidenti bildirib ki, 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin irəli sürülməsi üzrə yaradılan Təşkilat Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbəti iclası üçün hazırlıq işləri görür. “Hələlik BOK-un iclasına hazırlıq görülür, Azərbaycanda yaradılan Təşkilat Komitəsinin iclasının keçirilməsi planlaşdırılır”, – Hüseynzadə deyib.

Beynəlxalq Olimpiya Komitəsi 2011-ci ilin sentyabr ayının əvvəlində 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. Namizəd şəhərlər ilk təqdimatı 2012-ci ilin fevral ayında nümayiş etdirəcəklər.

Trend

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2011  21:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!