إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Futbol üzrə Dünya Çempionatında Quran paylanılacaq


Ahlibeyt.az-ın SalamNews-aistinadən verdiyi xəbərə görə Küveytin Vəqflər Nazirliyi 250 min Quran nüsxəsini pulsuz olaraq müxtəlif dillərdə Braziliyada keçiriləcək Futbol üzrə Dünya Çempionatında yaymaq qərarına gəlib.

Nazirlik Quranın ispan, portuqal, ingilis və fransız dilləri daxil olmaqla dörd dildə təqdim ediləcəyini bildirib. Bu nüsxələr mehmanxanalarda, stadionlarda və digər ictimai yerlərdə paylanılacaq. Lakin bu qərar FİFA-nın yarışların keçirildiyi regiondan beş km-dən yaxın məsafədə dini broşyurların yayılmasını qadağan edən qərarına uyğunluğun olmaması səbəbi ilə bəzi dairələrdə narahatlıq yaradıb.

Xatırladaq ki, Braziliya ikinci dəfədir Futbol üzrə Dünya Çempionatına ev sahibliyi edir. Çempionat iyunun 12-dən iyulun 13-dək davam edəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2014  18:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!