إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirli alim şiə azanı oxuduğu üçün əl-Əzhərdən qovuldu (video)

Misirin əl-Əzhər universitetinin Quran qiraəti müəlli Dok. Şeyx Fərəcullah əş-Şazili İraq səfərindən qayıtdıqdan sonra universitetdən qovulub.

Ahlibeyt.az Shafaqna-ya istinadən verdiyi xəbərə görə, əş-Şazilinin universitetdən qovulmasına onun Kufə şəhəri məscidlərinin birində iştirak etdiyi məclisdə şiə azanı oxuması və Həzərt Mehdinin (ə) zühuru ilə bağlı çıxış etməsi olub.

Alimin universitetdən qovulmasına Əl-Əhzər universitetinin dekanı doktor Şuman aydınlıq gətirərək bildirmişdir ki,Quran qarisi professor Əş Şazili İraqın Kufə Məscidində şiələrin tərzində azan oxumuş,İmam Mehdinin zuhuru barədə fikirlərini açıqlayaraq müsəlmanların bu zühura hazır olamarı üçün çalışmalı olduqlarını qeyd etmişdir və bu sosial şəbəkələr vastəsilə yayılmışdır.

Xatırladaq ki, Şazili qeyd olunan mərasimdə keçən cümə günü iştirak edib və həqiqətən də mərasimin video görüntüləri qısa bir zamanda sosial şəbəkələrdə sürətlə yayılıb.

Qeyd edək ki, bundan öncə Şəhhat Ənvər, Mustafa Ğəlvəş kimi bir çox misirli qari şiə mərasimlərində iştirak etmiş və şiə azanı səsləndirmişlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2014  21:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!