إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu il zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiymətində artım olacaq

Ahlibeyt.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycandan bu il Həcc ziyarətində olacaq zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiymətində artım olacaq.

 

Qafqaz Müsəlmanları İdarəsindən  verilən məlumata görə, azərbaycanlı zəvvarlara 120-140 ABŞ dollarına təqdim olunan qurbanlıq qoyunların qiymətində müvafiq olaraq 10-15 dollar artımlar gözlənilir.

 

Səbəb olaraq Səudiyyə Ərəbistanında bu il qiymətlərin nisbətən bahalaşması göstərilir. Qoyunların qiyməti Həcc səfəri üçün ödənilən məbləğə daxil deyil, əlavə olaraq ayrıca ödəniləcək. Ötən il qurbanlıq qoyunların qiymətləri azərbaycanlı zəvvarlar üçün 150 dollar olub.

 

Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvota artıq dolub. Bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-i Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2014  19:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!