إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəğaib gecəsi əllər dua üçün qalxdı

Üç müqəddəs ayları(Rəcəb,Şaban,Ramazan) müjdələyən Rəğaib gecəsində Türkiyənin bütün şəhər və əyalətlərində məscidlərə axışan minlərlə insan namaz qılıb dualar ediblər

 

Dunyabuleteni xəbər agentliyinin verdiyi xəbərə görə Rəğaib gecəsi münasibətiylə təşkil olunan "Rəğaib Gecəsi,Qurani Kərim və Mövlud"proqramına qatılmaq üçün minlərlə insan Sultanahmet Camesinə(Məscidinə) toplanmışdır.

Camaatla qılınan axşam namazının ardından Qurani Kərim tilavəti ilə başlayan proqramın ardından Rəöğaib gecəsinin fəzilət və xüsusiyyətlərindən bəhs edilmiş gecənin dua cə ibadətlə keçirilməsinin mənəvi dəyəri qeyd olunmuşdur.

İlahi qrupların oxuduğu ilahilərlə davam edən mərasimdə Hz.Muhəmmədə(s.ə)salam və salavatlar zikr olunmuşdur.

Qadınların və uşaqların da qatılması tövsiyyə olunan Rəöaib gecəsində bütün insanlıq üçün dualar edilmişdir.

Verilən məlumata görə Qazientepe Ulu Camide Dəyanət Nazirliyinin təşkil etdiyi mərasim TRT kanalı ilə dünyanın bir çox ölkələrində canlı olaraq yayımlanmışdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2014  12:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!