إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Şübeyri Zəncani-Rəcəb ayında fəziləti və savabı daha çox olan bir ibadəti seçməliyik

Ayətullah  Şübeyri  Zəncani-Rəcəb ayında  istiğfar və zikrlərin fəziləti daha artıqdır

Ayətullah Şübeyri Zəncani Rəcəb ayının fəzilətlərinə toxubaraq qeyd etmişdir ki,İbadətlərin hər zamankindən daha artıq olduğu bir ayda ağıllı bir insan savabı ən çox olan ibadətləri seçməlidir.

Bəzi zamanların xüsusi özəlliyi olduğu üçün bu zamanlarda edilən ibadətlərin fəzilət baxımından daha üstün olmasına şübhə yoxdur.Həftə içində Cümə gününün fəziləti digər günlərdən üstündür,elə buna görə də cümə gecəsi və günü istiğfar etmənin fəziləti daha çoxdur.Rəcəb ayı da istiğfar və zikrlərin fəzilətinin daha çox olduğu aydır.Bu ayda çox istiğfar edib Allahı anmaq insan təkamülündə böyük təsirə malikdir və bu fürsətlər dəyərləndirilməlidir.

Günlərin fəzilətləri kimi, əməllərin də fəzilətlərinin üstünlüyünün arasında fərqlər vardır.Bəzi əməllər vardır ki,onlar daha üstündür.Müstəhəbbi namaz qılmaq və ya Allahın razılığını qazanmaq üçün insanların ehtiyaclarını ödəmək üçün çalışmaq kimi əməllərin hər ikisi ibadət sayılır.Lakin insanların sıxıntı və çətinliklərini aradan qaldırmaq üçün atılan addım müstəhəbbi namazlardan daha üstündür.Namaz Allah üçündür,bəndələrinin ehtiyaclarını qarşılamaq isə başqaları üçündür, amma bu əməl Allahın əmriylədir və Allah öz bəndələrinin müşküllərinin aradan qaldırılmasına yardım edilməsinə müstəhəbbi namazlardan daha çox önəm verir.

Ayətullah Zəncani sözlərinin davamında buyurmuşdur ki,Rəcəb ayında bütün əməllərin savabı olduqca böyük olduğunu anlayırıq.Belə olan halda bu mübarək ayda daha fəziləti və savabı daha çox olan bir ibadəti seçməliyik.Dinimizin bizi təşviq etdiyi ibadətlərdən biri ehtiyac sahiblərinin sıxıntı və çətinliklərinin aradan qaldırılmasıdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2014  17:51 Çap

Bu bölmədə


Xəbər lenti













11 Dekabr, 2017  12:00


© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com