|
• DünyadaSuriyada təkfirçi qruplaşmalar tərkibində 285 Fransa vətəndaşı döyüşürSuriyada hazırda radikal islamçı qruplaşmaların tərəfində döyüşlərdə iştirak edən xeyli sayda Fransa vətəndaşı var. İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznyov ölkə Parlamentinin Qanunvericilik üzrə komitəsinin dinləmələrində bildirib. Onun sözlərinə əsasən, suriyalı döyüşçülərlə birlikdə 285 fransalı könüllü vuruşur. B.Kaznyov Suriyadakı fransalı döyüşçülərin sayının son aylar artmasını xüsusi təhlükəli hal kimi dəyərləndirib: “Yarım il ərzində artım 75% təşkil edib; indi suriyalı döyüşçülərin tərəfində vuruşan fransa vətəndaşlarının sayı digər Avropa dövlətlərinin bu ölkədə döyüş fəaliyyəti göstərən vətəndaşlarının sayı qədərdir. Hazırda Suriyadakı döyüşçülərə qoşulmaq istəyən 120 gənc bu ölkəyə yollanmaqdadır. Müharibədə iştirak etmiş 100-ə yaxın vətəndaş artıq Fransaya geri qayıdıb, 25 fransalı isə iştirak etdiyi döyüşlərdə həyatını itirib. Fransalı nazir, həmçinin deyib ki, bu günlərdə ölkədə yaxın və tanışlarından kiminsə Suriyaya göndərilməsi ilə bağlı məlumat və ya məsləhət almaq istəyənlər üçün xüsusi “qaynar xətt” işə başlayıb: “Bu xəttin funksiyası ölkə vətəndaşlarının döyüşə getmələrinin qarşısını almaq üçün vasitələrin mobilləşdirilməsindən ibarətdir.” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2014 14:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |