إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Sübhani-Bəzən minbərlərdən uyğunsuz ifadələr işlədilir

Ayətullah Sübhani bəzi din xadimlərinin dini anlatmaq məqsədi ilə minbərlərdən insanları narahat edici ifadələr işlətməsinə toxunaraq demişdir:

Bu insanlar insanlara islamı anlatdıqlarını zənn edirlər.Dini anladarkən buna diqqət edilməlidir ki,Allah bu dini insanlara necə v' hansı üslubla çatdırmışdır.Peyğəmbərimiz(s.ə)insanlara islam dinini təlim etmə üslubu necə olmuşdur,hansı cümlələrlə dini anladırdı

Xətib bütün bunları gözəl bir şəkildə anlamalı,yalnız bundan sonra dini maarifləndirmə ilə məşqul olmalıdır.Əks halda insanlara dini sevdirmək əvəzinə onları dindən daha da uzaqlaşdırmış olacaq.

Din hikmət və gözəl nəsihətlə insanlara təlim olunmalıdır.Din qeyri ciddi ifadələrlə və ədəbə zidd şəkildə çatdırılmamalıdır.

Əfsusular olsun ki,bəzi xətiblər sırf insanları təsirləndirmək üçün Quranda yer almayan üslublardan istifadə edirlər.Bu çox təhlükəlidir və dinə yararardan çox ziyan vurmuş olur.Dində bidətin sadəcə bəzilərindən təzahür olduğunu düşünməməliyik,təməli olmayan bəzi mövzuları minbərlərdən səsləndirməli olsanız bu özü də bir növ bidət sayıla bilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2014  12:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!