|
• DünyadaKeçmiş sekta üzvləri islam dininə dönürlərÖzbəkistanın Qaraqalpaq muxtar vilayətinin sakinləri uzun müddət "İsa Mısih Kilsəsi"dini sektasının sıralarında olmaqlarına baxmayaraq İslam dininə dönüş etməyə qərar veriblər. Yerli admnistrasiyanın verdiyi məlumata görə onları öz ənənəvi dinlərinə qayıtmağa məcbur etmiş səblərdən biri sekta üzvlərinin dünyadan köçərkən dəfn olunmaları ilə meydana gələn problemler olmuşdur. Qohumlarının xahişlərinə baxmayaraq dünyadan köçən sekta üzvlərinin müsəlman qəbiristanlığında dəfn edilməsinə icazə verilməmiş,din xadimləri dəfn mərasimlərində iştirak etməkdən və onları İslam qaydalarına uyğun şəkildə torpağa tapşırmaqdan imtina etmişlər. Admnistrasiyadan İnterfax agentliyinə verilən məlumata görə "İsa Məsih Kilsəsi"sektasının üzvlərindən olan iki yerli sakin dünyasını dəyişdikdən sonra qohumları onları İslam qaydaları ilə dəfn etməmişdilər və bu hadisədən sonra yerli sakinlər bu sektanı tərk etmiş məscidə gələrək missioner fəaliyyətlərinə görə yerli sakinlərdən üzr istəyərək öz dinlərinə dönmək istədiklərini bildirmişlər. Dini işlər üzrə Dövlət komitəısinin nümayəndəsi bildirmişdir ki,bu kimi faktlar respublikada yetərincədir.Bu insanları heç kim dinlərini dəyişməyə məcbur etmir,onlar özləri bu qərara gəlirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Aprel, 2014 21:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |