إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Islam Böyük Britaniyanın ikinci əsas dininə çevrilir

Ənənəvi xristian ölkəsi olan Böyük Britaniyada islam dininin ardıcıllarının sayı durmadan artmaqdadır və bəzi ekspertlərin proqnozlarına əsasən artıq 10 ildən sonra İslam ölkənin ikinci əsas dini olacaq.

Son siyahiyaalmanın nəticələrinə əsaslanaraq onu söyləmək olar ki,ölkədə olan xristianların sayı ehtimal olunandan 50 faiz daha sürətlə azalmağa doğru gedir.Siyahiyaalmanın başlanmasından əvvəl xristian əhalinin 15 faiz azalması ehtimal olunurdu,lakin göstəricilərin nəticəsi zamanı aydın oldu ki,bu rəqəmlər yalnız  ölkə hududlarından kənarda doğulan 1.2 milyon xristian miqrantların hesabına qorunub saxlana bilib.

Sosioloqların təkrar araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki,əksər Britaniya xristianlarının yaş həddi 60 ildir.Bu tip araşdırmaların nəticəsində ilk dəfə olaraq xristianlar özlərini cavan Britaniyalıların yarısından azını təşkil etdiklərini etiraf etmişlər.

Siyahiyəalma nəticəsində müəyyən olmuşdur ki,son illər Böyük Britaniyaya 600 min müsəlman köç etmişdir və bununla da ölkədə islam dinin ardıcıllarının sayı 5 faizə qədər artmışdır.Qeyd etmək lazımdır ki,Britaniyada müsəlmanların artımı ilə yanaşı ateistlərin də sayında artım müşəhidə olmuşdur və əgər əvvəllər bu rəqəm 15 faiz idisə indi bu rəqəm 25 faiz təşkil edir.Bütün bunlara baxmayaraq İngiltərədə kilsə öz dominantlığını saxlaya bilib.

Xristianlıq məcburi din anlayşından şəxsi seçim formasına keçib

İngiltərə və Uels katolik kilsələri konfransı mətbuat katibinin sözlərinə görə hər 10 nəfərdən yanız altısı özlərini xristian adlandırırlar və bu artıq İngiltərə və Uelsdə xristianlığın məcburi bir din statusunun aradan getməsinin göstəricisidir.

Siyahiyaalma zamanı həmçinin müəyyən olunub ki,Böyük Britaniyada digər dinlərin,buddizm,induizm udaizm və sinkxlərin də ardıcıllarının sayında da ciddi artım qeydə alınıb və ə vəllər bu din ardıcılları ölkədə nəzərəçarpacaq dərəcədə deyildi.Bütün bunları nəzərə alaraq sosioloqlar proqnozlaşdırırlar ki,artıq 10 ildən sonra İslam bu ölkədə dominant din rolunu oynayacaq.

Qeyd etmək lazımdır ki,Britaniyada müsəlmanların sayı yalnız miqrantların hesabına artmır.Siyahiyaalma zamanı müəyyən olunub ki,öz yaxınlarının və ailə üzvlərinin ciddi təzyiqlərinə baxmayaraq islam dinini yeni qəbul etmiş ölkə vətəndaşlarının da sayı xeyli artıb və İslamı qəbul etmiş qadınlar daha çox sosial və psixoloji təzyiqlərə daha çox məruz qalmışlar.

11 Sentyabr hadisələri İslama marağı daha da artırdı

London Şəhərinin əsas məscidini imamının sözlərinə görə hər 5 yeni islamı qəbul etmiş şəxslərdən təxmini 3-4 nəfəri qadınlardır və o bununla mütəmadi olaraq qarşılaşdığı üçün siyahiyaalmanın nəticələri onun üçün gözlənilməz deyildi.İmam qeyd edir ki,son 20 ildə bütün bunların şahididir və 11 sentyabir 2001 ci il hadisələrindən sonra insanlar etiqad və inamın nə üzərində qurulduğu ilə daha çox maraqlanmağa başladılar.

Bütün bunlarla yanaşı məsələyə psixoloqlar da öz münasibətlərini bildirərək qeyd edirlər ki,Britaniya gənclərinin islamı qəbul etməsinə səbəbələrdə biri də cəmiyyətdə ki, mənəvi boşluq və insanları sarsıdan psixoloji problemlərdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2014  18:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!