إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Rəhim Müəzzinzadənin azanı bir əfsanə idi

Rəhim Müəzzinzadə Ərdəbili hər nə qədər İranlı olsa da azanıyla islam dünyasının müəzzini olmuşdu.Bayatı-Türk üzərində oxuduğu məhşur azanı uzun illərdir məscid minarələrindən ucalır.
Müəzzinzadə 1923 cü ildə iranın ərdəbil şəhərində dünyaya göz açmışdır və ilk təhsilini tamamladıqdan sonra Quran və din elmlərinə yiyələnmək üçün təhsilini Hacı ibrahim mədrəsəsində davam etdirmişdir.Gözəl səsi və azan oxumaqdakı xüsusi istedadı atasından ona miras qalmışdır və bu xüsusiyyəti özünə verilmiş böyük bir vəsilə hesab edirdi.

Müəzzinzadənin böyük oğlu Cəfər Ərdəbili xatirələrində paylaşır ki;
1953 -cü ildə atam səsini yazdırmaq üçün radioya gedir Ramazan ayı olduğundan ona iftardan sonra gəlməyi tövsiyyə edirlər,lakin o qəbul etmir və ele indi də səsimi yaza bilərsiz deyir.Özü xatırlayır ki,həmin gün xüsusi bir halım var idi-"Studiyada bir neçə azan oxunuşunu nəzərimdən keçirdim amma qəlbə hüzn gətirən Bayatı-Türk üzərində dayandım.Azanı oxuyarkən sanki bu aləmdən qopmuşdum və studiyada deyildim."

Onun oxuduğu azanlar indi də ən gözəl azanlar olaraq radio və televiziyalardan yayımlanır.

Müəzzinzadə 2005-ci ildə dünyasını dəyişmiş və Rey şəhərindəki İbn Babaveyh qəbirstanlığında dəfn edilmişdir.

2008 ci ildə Rəhim Müəzzinzadənin azanı milli-mənəvi bir azan olaraq Mədəni Mirasların Qorunması Qurumu tərəfindən tanınmışdır.

Qey edək ki,Rəhim Müəzzinzadə azərbaycanlıdır və tanınmış məddah Səlim Müəzzinzadənin qardaşıdır.Onun oxuduğu azan sovet dönəmində belə Azərbaycandakı məscid minarələrindən səsləndirilmişdir. 

Həmin azanı sizlərə təqdim edirik

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2014  20:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!