إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Salman Əl- Udə-Çoxevlilik caizdir, lakin bu günkü şərait keçmişlə çox fərqlidir

Səudiyyə Ərəbistanın tanınmış ruhanilərindən olan Salman Əl Udə - Bir həyat yoldaşı olmaq çoxevlilikdən daha yaxşıdır, çünki bu sizə problem yaradır.


Şəbistan Xəbər Agentliyinin jamnews-a istinadən verdiyi məlumata görə, Ərəbsitanın tanınmış ruhaniləridən olan Salman əl- Udə deyib: Əzəiz peyğəmbərimizin (s) bir neçə həyat yoldaşı olmuşdur, Allah da öz Kitabında ədalətə riayət etmək şərti ilə çoxevliliyi caiz etmişdir.

Salman Əl- Udə başqa qadınlarla əlaqədə olan kişilərə üzünü tutaraq demişdir- Niyə illərlə səninlə yaşayan qadına vəfalı deyilsən, həyat yoldaşın gec- tez biləcək ki, sənin başqa bir qadınla münasibətlərin var.
“Çoxevlilik caizdir, lakin bu günki şərait keçmişlə çox fərqlidir, indiki zamanda bu iş o qədər də düzgün sayılmaz” – deyə Salman əl-Udə bir dəfədən çox evlənənləri  qınayıb.
Ərəbistanlı ruhaninin bu sözləri sosial şəbəkədə müxtəlif reaksiyalara səbəb olub

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2014  16:52 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!