|
“Ey ata, ey ana, biz günahkarıq” kitabı tam həcmdə işıq üzü görüb“Parlaq İmzalar” nəşriyyatı tərəfindən Əli Şəriətinin “Ey ata, ey ana, biz günahkarıq” kitabı nəşr edilib.
SalamNews xəbər verir ki, kitabda müəllif əvvəlcə özünəməxsus bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsili, onların ata-anasını ittiham edir. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır, dinin zamanla uyğunlaşması kimi problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur, islami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqlayaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur.
Bu kitab təqribən 10 il bundan qabaq nəşr olunmuş “Ey ata, ey ana biz müttəhimik” kitabının təkrar nəşri deyil. Kitabın qeyd edilən nəşrində tərcümə zamanı ciddi ixtisarlar (kitabın yarısından çoxu) aparıldığı üçün kitab tamamilə yenidən tərcümə edilərək nəşr edilib.
Kitab şəhərin kitab mağazalarında satışdadır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2014 15:13 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..21 Sentyabr, 2022 Sədəqə Allahın qəzəbini yatırar22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |