إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyada radikal qruplaşmalar arasındakı qətliamların arası kəsilmir

Suriya İnsan Haqları Təşkilatı Suriya-İraq sərhəddində Bukəmal şəhərində İŞİD və “Nusra” qarşıdurmalarında 54 nəfərin ölümündən xəbər verib.

 

Bir zamanlar Suriya hakimiyyətini təkfir edərək kənar qüvvələrin siyasi və hərbi dəstəyi ilə ölkə ərazisini döyüş meydanına çevirən radikal dini cərəyanlar artıq qruplaşmalar şəklində öz aralarında olan baxış fərqlərini silah yolu ilə həll etməyə qərar veriblər.

 

Mətbuat agentliklərinin verdiyi xəbərə görəverdiyi xəbərə görə, bu qarşıdurmalarda “Nusra”nın azı 42 üzvü qətlə yetirilib. Suriya İnsan Haqları Təşkilatı həmçinin İŞİD komandirinin qardaşının qətlə yetirildiyini bildirib. İŞİD qruplaşması həmçinin Suriya-İraq sərhəddi yaxınlığında bir stansiyanı ələ keçirdikdən sonra rəqib qrupların 7 silahlı üzvünü edam edib.

 

Xəbərə görə, İŞİD Bukəmal şəhərində “Nusra”ya gözlənilmədən hücum edib ki, şəhərin bir neçə hissəsini, o cümlədən Bukəmal şəhərini Əl-Ənbar vilayətinə bağlayan sərhəd keçidini nəzarət altına ala bilsin. Hələb şəhəri ətrafında, Ceyhan yüksəkliyində qarşıdurmalar “Nusra” və digər silahlı qruplaşmalar arasında bir tərəfdən, İŞİD-lə isə digər tərəfdən davam etməkdədir. İŞİD  öz növbəsində hazırda Əl-Şeyx məntəqəsinə tərəf irəliləməkdədir.

Qeyd edək ki,adı çəkilən hər iki qruplaşmanın tərkibinə müxtəlif yollarla cəlb olunan radikal cərəyana(vəhhabiliyə) mənsub olan Azərbaycan vətəndaşlarının da adı hallanmaqdadır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2014  12:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!