إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

QMİ sədri məscid axundlarına səslənib

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxulislam Allahşükür Paşazadə bu gün keçirilən QMİ-nin Qazılar Şurasının iclasında çıxış edərək son günlər aktual olan məsələlərə toxunub.

QMİ sədri tədbirdə məscid axundlarına səslənərək bildirib ki, Azərbycanda məscid axundlarına idarə tərəfində moizə kitabları verilib. Axundlarda həmin kitabdan istifadə etməlidirlər. Belə olmayan halda müxtəlif problemlər üzə çıxır. Bunun üçün həmin axundan o vəsaitdən istifadə etməklə maariflənmə işi aparmalıdırlar. Tövsiyyəmiz budur ki, QMİ tərəfindən hazırlanmış bu kitabdan istifadə edilsin. Gizlin deyil, görürsünüz ki, Sumqaytı Mədinə Bakını Məkkə adlandırılar. Dini tərəfdən belə demək düzgün deyil. Bu işdə ilahiyyatçıların, axundların boynuna böyük vəzifə düşür.

Şeyxin sözlərinə görə, təbliğ və təşviq edəsən, başqa dini məzhəbi aşağılamaq bu cür işlər görmək həm qanunda yolverilməzdir, həm də vicdan azadlığına ziddir. Bu qanun çərçivəsində cəzalanmalıdır. Çünki qanunvericilikdə var ki, dini qarşıdurma yaradanlar cəzalanırlar.

O deyib: "Əbu Bəkr məscidində, Sumqayitda son günlərdə Şimal bölgəsində baş verənlər göstərir ki, onlar xaricdən maliyyələşirlər. O maliyyənin qarşısını almaq da çox çətindir. Bununla dövlət məşğul olur, Xüsusi qurumlar var. Dini İşlər üzrə Dövlət Komitəsi də mühüm işlər görür, istər Bakıda, istərsə də regionlarda. Amma bu təkcə onların işi deyil. biz vətəndaş kii buna öz töhfəmizi verməliyik. Hər birimiz öz Vətənimizin qorunmasında cavabdehlik daşıyırıq. Biz din xadimlərimizi hazırlamalıyıq. burda təbliğat aparan şəxsləri çoxu xaricdə oxuyub, sonra başqalarını zərərli təbliğatla zəhərləyən insanlardır. Kimin ixtiyarı var ki, cənnət vəd etsin. Bunu yalnız Allah-Təla aedə bilər. Amma bəziləri bir sıra gənclərin başını aldadaraq onlara cənnət vəd edərək onları ailələrindən ayrırırlar."

Daha sonra QMİ sədri bəzi məmurların övladları dövlətə qarşı iş apardıqlarını açıqlayıb. "İnsanlar Suriyaya gedir, özü də bunu pulla edirlər. Onlar öləndə də onu şəhadət kimi qələmə verirlər. Peyğəmbərimizin (s) hədisi var ki, muzdla döyüşənlər şəhid hesab oluna bilməzlər. Burada günah müəyyən qədər ziyalı və məmur təbəqəsində də var."

O deyib ki, bir məmur deyil, bir neçə məmur var ki, dövlətdən maaş alırlar, amma onların oğulları başqa təriqətdə dövlətə qarşı iş aparırlar: "O dövlət burada əmirlik yaratmaq istəyir. Atan həmin dövlətin məmuru olacaqmı, onu qəbul edəcəkmi?! Biz bu məsələdə dövlətə yaxından kömək etməliyik. Dini qurumlarla İş üzrə Dövlət Komitəsinə kömək etməliyik."


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2014  17:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!