|
• DünyadaAvropa parlamentində Azərbaycandakı dini azliqlar müzakirə olundu
Bu gün Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında “Sərhədsiz İnsan Hüquqları” beynəlxalq təşkilatı tərəfindən hazırlanmış “Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru” adlı hesabatın təqdimatı keçirilib. Tədbirə ev sahibliyi edən Avropa Parlamentinin vitse-prezidenti Surjan Lazslonun tədbir iştirakçılarına müraciətində hesabatın Azərbaycandakı dini tolerantlıq mühiti barədə dərin təəssürat yaratdıgı qeyd edilmişdir. Müraciətdə cənab Laszlo “dini azlıqlarla müsəlman çoxluğun əməkdaşlığı və dinc yanaşı mövcudluğu istiqamətində fundamental nəticələrə nail olmuş Azərbaycanı” bu nailiyyətlər münasibətilə təbrik etmişdir.
Təqdimatı giriş sözü ilə açan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Corc Şöpflin sənədə əsasən Azərbaycanda dini azlıqların qarşılıqlı hörmət əsasında dinc yanaşı yaşadığını və bunun yüksək dəyər olduğunu qeyd edib. Sonra “Sərhədsiz İnsan Hüquqları” təşkilatının sədri Villi Futre rəhbərlik etdiyi təşkilatın hazırladığı hesabatı təqdim edib. O bildirib ki, hesabat son altı ay ərzində SİH üzvlərinin Azərbaycana bir neçə dəfə həyata keçirilmiş səfərləri zamanı sahə tədqiqatları əsasında hazırlanıb. Hesabatda qeyd edilir ki, Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir. Hesabatın nəticələrinə əsasən Avropa İttifaqına Azərbaycanla strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini konfliktlərdən əziyyət çəkən ölkələr, həmçinin digər müsəlman ölkələri ilə paylaşmasına yardım etmək tövsiyyə edilmişdir.
Hesabatın təqdimat mərasiminə xüsusi qonaq qismində dəvət edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov təqdim edilən tədqiqatın Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərin əks etdirən və Avropa təşkilatları tərəfindən hazırlanmış ilk sənəd olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O bildirmişdir: “Bu hesabatın məhz Şərq Tərəfdaşlığının Vilnus Sammiti ərəfəsində və məhz Avropa Parlamentinin qərargahında təqdim edilməsi əlamətdardır.” “Bu hesabat ölkəmiz barədə Avropa Parlamentində səslənmiş obyektiv reallığa söykənməyən bəzi hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir” - deyən Dövlət Komitəsinin sədri Azərbaycandakı unikal dini tolerantlıq modelinin Avropada da İslamafobiya ilə mübarizə və multikulturalizmin inkışafı üçün nümunə ola biləcəyinə əmin olduğunu bildirib. Azərbaycanda fəaliyyət göstərən pravoslav, yəhudi, protestant və Alban-Udi dini icmalarının nümayəndələri Azərbaycanda dini tolerantlıq mühiti barədə tədbir iştirakçılaırna məlumat vermişlər. Sonda məruzəçilər tədbir iştirakçıları və media nümayəndələrinin suallarını cavablandırmışlar.
DQDK Mətbuat xidməti Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2013 17:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |