|
• DünyadaSələfi-vəhhabi düşüncəli insanlar sünniləri əza məclislərində iştirak etməməyə çağırırlar
Əfqanistan sünniləri qanlı Kərbəla hadisəsini qeyd etmək üçün əzadarlıq mərasimlərində kütləvi şəkildə iştirak edir və əza saxlayırlar. Əfqanıstanın müxtəlif şəhərlərində, xüsusilə Bəlx, Məzar-Şərif, Bədəxşan və Kabildə keçirilən əza məclislərində əhli-sünnə camaatı fəal iştirak edirlər. Sünni alimlər bu mərasimlərdə xütbələr söyləyir, sünni rozəxanlar isə mərsiyələr və nohələr oxuyurlar. Aşura günündə Əfqanıstanın bir çox yerlərində təşkil olunan əzadarlıq mərasimlərində sünnilər də fəal iştirak edirlər. Onlar hətta Aşura günü nəzrlər edərək halva və şərbət paylayır, bu gündə yaxınlarının qəbirlərini ziyarət edirlər. Məhərrəm ayında toy və şənlik mərasimləri də keçirmirlər. Onların bəziləri şiələrin əzadarlıq mərasimlərində iştirak etsə də, bəziləri yalnız özlərinin təşkil etdikləri əzadarlıq mərasimlərində iştirak edirlər. Son zamanlarda yayılmağa başlayan radikal sələfi-vəhhabi düşüncəli insanlar sünniləri bu mərasimlərdə iştirak etməməyə çağırır və bu günlərdə toy mərasimləri keçirməyə təşviq edirlər.
islamaz Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2013 17:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |