|
İstəyirəm Xanım Zəhranın(s.ə) qəbri bilinmədiyi kimi mənim də qəbrim olmasın!Cari ilin 5 iyununda Hizbullah təşkilatının Suriya ordusuna verdiyi dəstəyilə Suriyanın Livanla sərhəd şəhəri əl-Quseyrin azad edildiyi vaxt təşkilat ağır döyüşlər nəticəsində bir neçə döyüşçüsünü şəhid vermişdi. Belə şəhidlərdən biri də Hacı Xatəm Hüseyn idi. Amma döyüş bitəndən sonra onun cəsədininin axtarışları heç bir nəticə vermir. Hacı Xatəmin şəhadət xəbərini onun ailəsinə Hizbullah təşkilatından ezam edilən xüsusi heyət bildirir. Həmçinin təşkilatın rəhbəri Seyyid Həsən Nəsrullahın adından onun xanımına tezliklə onun cəsədinin tapılacağı barədə söz verirlər. Amma Hacı Xatəm Hüseynin xanımı onlara bunun əbəs olduğunu söyləyir. Heyət səbəbini soruşduqda o deyir: "Hacı Xatəm hər gün gecə namazı qılardı. Və hər gecə namazından sonra iki rikət ayrıca bir namaz da qılardı ki, nə namaz olduğunu bilmirdim. əl-Quseyrə yollananda həmin namazın sirrini mənə açıqladı. Hacı Xatəm dedi ki, həmin namazı qılmaqda istəyim bu idi ki, Allahdan istəmişəm ki, əgər mənə şəhadət nəsib edəcəksə, elə şəhadət əta etsin ki, Xanım Fatimeyi-Zəhranın(s.ə) qəbri bilinmədiyi kimi mənim də qəbrim olmasın!" Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2013 06:02 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..21 Sentyabr, 2022 Sədəqə Allahın qəzəbini yatırar22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |